YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlcəzair portalı Prezident İlham Əliyevin Serbiyaya səfərindən yazıb

Əlcəzairin geniş oxucu kütləsinə malik olan “Əl Hərir” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri haqqında ərəb dilində xəbərlər yayımlayıb.

Azərbaycanın dövlət başçısı serbiyalı həmkarı Aleksandr Vuçiçlə keçirdiyi mətbuat konfransında iki ölkə arasında dostluğun əbədi olacağını bəyan edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Serbiya hərbi-texniki sahədə əməkdaşlıq edir və bu istiqamətdə əlavə addımlar atılacaq.

Ərəb ölkələri ictimaiyyətinin diqqətinə çatdırılıb ki, enerji təminatı baxımından Prezident İlham Əliyevə minnətdarlıq edən Serbiya Prezidenti Aleksandr Vuçiç azərbaycanlı həmkarının sözünün onun imzasına bərbər olduğunu deyib. O vurğulayıb ki, Prezident İlham Əliyev nəinki Serbiya, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır.

DİGƏR Xəbərlər Arxiv