YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Milli dövlətçiliyimizin tarixi yaddaşı, Müasir Azərbaycanın memarı olan böyük şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyev bu gün bütün dünyada Azərbaycan xalqının Ulu Öndəri olaraq qəbul edilir. Hər bir Azərbaycanlının varlığı ilə qürur duyduğu Azərbaycanda Vətənin dircəlişi, tərəqqisi adına nə varsa ömrünün 50 ilindən çoxunu milli dövlətçilik tariximizə bağışlayan Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndərin milli mənlik, milli kimlik tariximizdə atdığı cəsarətli addımlardan biri də Yeni Azərbaycan Partiyasının yaradılması idi. Xalqımızın birliyinə, bütövlüyünə, hesablanan bu müdrik qərar çox millətli məmləkətimizi məhz bir partiya ətrafında birləşdirdi. Bu gün səkkiz yüz minə yaxın vətəndaşımızın Yeni Azərbaycan Partiyası ətrafında Azərbaycan naminə əqidə, məslək birliyinə tapınması, siyasi həmrəyliyə gəlməsi məhz həmin amalla bağlıdır.

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin də qeyd etdiyi kimi 30 illik yubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. Belə ki, həmin dövrdə ölkə qarşısında çox ciddi, böyük problemlər var idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, YAP üzvlərinin və ictimai fəalların fəaliyyəti imkan verdi ki, Azərbaycan bu çətin vəziyyətdən şərəflə çıxsın və bu günkü səviyyəyə gəlib çatsın.

Həyatı və fəaliyyəti bir fədakarlıq nümunəsi olan, özü üçün ən çətin dövrlərdə, fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə belə Ulu Öndər hər kəsə nümunə göstərmiş, hər kəsin onun yolu ilə getməsinə, onun kriteriyalarına uyğun hərəkət etməsinə vəsilə olmuşdur. Ulu öndərin xatirəsinə olan hədsiz hörmət və onun mirası olan müstəqil Azərbaycana olan münasibət bu gün dövlətimizi qabağa aparan başlıca amildir.

Ata Əliyevin başa çatdıra bilmədiyi, onun ən layiqli davamçısı, oğul Əliyevin isə şərəflə başa çatdırdığı problemin - Qarabağ probleminin həlli Ulu Öndər Heydər Əliyevin siyasi vəsiyyəti idi. Qarabağı azad edib tarixi ədaləti bərpa etməyi görülən bütün işlərin mərkəzinə qoyan, hər bir addımı, hər bir təşəbbüsü, hər bir sərmayəni, hər bir beynəlxalq təması bu məqsədə çatmaq üçün vasitə hesab edən Azərbaycan dövlətinin və onun başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində xalqımız da ordumuz da Ali Baş Komandanının ətrafında tam birləşdi və ümumxalq Qələbəsi əldə olundu. Xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində düşməni torpaqlarımızdan qovaraq tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandanımızın Ulu Öndərin məzarını, sonra isə şəhidlərin qəbrini ziyarət edib Şəhidlər Xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdiyi 8 noyabr 2020-ci il tarixi hamımızın yaddaşında əbədi qalacaq.

Bu gün Azərbaycanda dünya miqyasında nadir və təkrarolunmaz mühit yaradılıb. Artıq Azərbaycanda yeni dövr başlanmışdır, yenə də bir yumruq kimi birləşib düşmən işğalından azad olunmuş torpaqlarımızın, Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması dövrü. Hər kəsin məqsədi dağılmış şəhər və kəndlərimizi tezliklə bərpa etmək, keçmiş köçkünləri tezliklə öz dədə-baba torpaqlarına qaytarmaq və böyük xalq olduğumuzu bütün dünyaya göstərməkdir.