YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının növbəti iclası keçirilmişdir

Mayın 22–də Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) növbəti iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan MNTK-nın sədri Məhəmməd Məmmədov komissiyanın ötən toplantıdan keçən dövr ərzində gördüyü işlərlə bağlı məlumat verdi. Qeyd olundu ki, partiyanın rayon (şəhər) təşkilatlarında həm partiya nizam-intizamı, həm də maddi-texniki təchizatla bağlı ciddi işlər görülmüş, onların səmərəli fəaliyyəti günün tələbləri səviyyəsində qurulmuşdur. Rayon  (şəhər) təşkilatlarında aparılan yoxlamaların nəticələri bir daha sübut edir ki, partiyanın yerlərdəki fəaliyyəti qarşıya qoyulan istənilən vəzifənin öhdəsindən gəlməyə təminat verir.

M.Məmmədov çıxışında fəaliyyətində nöqsanlara yol vermiş rayon (şəhər) partiya təşkilatları haqqında tədbirlərin görüldüyünü, onlara zəruri tövsiyyələrin verildiyini və bir çox təşkilatın artıq müvafiq nəticələr çıxararaq öz işində dönüş yaratdığını vurğulamışdır.

İclasda qarşıdakı bir ay ərzində təftiş aparılacaq rayonların siyahısı və onlara təhkim olunan MNTK üzvləri müəyyənləşdirilmişdir.

İclasda çıxış edən İcra katibinin müavini Siyavuş Novruzov  görülmüş işlər və qarşıda duran perspektiv vəzifələr barəsində çıxış etmişdir. S.Novruzov həmçinin nəzarət təftişin ümumi prinsipləri və yoxlama prosesində xüsusi diqqət yetiriləcək məqamlar barədə öz tövsiyyələrini verdi.

                 

               

                

DİGƏR Partiya xəbərləri Arxiv