YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Belarus arasında bütün sahələrdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb

Mayın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgilərində iştirak etmək üçün ölkəmizə gəlmiş Belarus Respublikası Baş nazirinin müavini, iqtisadi-ticarət əməkdaşlığı üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyanın həmsədri Vladimir Semaşkonun rəhbərliyi ilə nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Vladimir Semaşko Bakıda keçirilən beynəlxalq sərgidə Belarusun 60-dan çox şirkətinin ət-süd sənayesi, şirniyyat, çörək, qənnadı və s. məhsulları nümayiş etdirdiyi, elmi-tədqiqat institutlarının yeni texnoloji avadanlıqlarının ekspozisiyada yer aldığı barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verdi. Azərbaycan hökuməti tərəfindən sərginin yüksək səviyyədə hazırlandığını və keçirildiyini xüsusi vurğulayan Vladimir Semaşko qarşıdan gələn mühüm tarixi hadisə - ilk Avropa Oyunlarının təşkilində də Azərbaycanın böyük uğurlara imza atacağına əminliyini bildirdi.

2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan olunduğunu xatırladan Baş nazir Artur Rasizadə dünyanın müxtəlif ölkələrindən bir çox şirkətlərin qatıldığı “World Food Azerbaijan-2015” XXI Azərbaycan Beynəlxalq qida sənayesi və “Caspian Agro-2015” IX Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərində ən müasir texniki avadanlıqların, yeni məhsul və xidmətlərin təqdim edildiyini diqqətə çatdırdı. Daha sonra böyük sənaye potensialına malik Belarus respublikası ilə qarşılıqlı faydalı əməkdaşlığı bütün sahələr üzrə davam etdirməyin zəruriliyinə toxunan Baş nazir hər iki ölkənin Kənd Təsərrüfatı nazirlikləri arasında əlaqələri genişləndirməyin, müntəzəm təcrübə mübadiləsi aparmağın vacibliyini qeyd etdi və bu istiqamətədə müvafiq tapşırıqlarını verdi.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

DİGƏR Xəbərlər Arxiv