YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının yeni Proqramı növbəti qələbələri hədəfləyir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri   

 Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin yaradığıcı olduğu və milyonların sevgisini qazanan Yeni Azərbaycan Partiyasının yaradılmasından 30 il ötdü. Partiya yarananda ölkədə ictimai-siyasət hər kəsə məlumdur. Azərbaycanda xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran  baş alıb gedir, xalqın sabaha ümidi yox idi. Digər tərəfdən də torpaqlarımız işğal edilirdi. Azərbaycanın gələcəyini düşünən bir qrup ziyalı ulu öndər Heydər Əliyevə  xalqın istəyini ifadə edən müraciəti ünvanladı. Həmin sənəddə dövrün reallıqları, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradılmasını zəruri edən səbəblər, ən əsası xalqı düşdüyü vəziyyətdən xilas edə biləcək Liderin yalnız Ümummilli Liderin olduğu öz əksini tapmışdı. Dahi şəxsiyyət həmin müraciətə cavabı ilə Azərbaycanın bugünkü inkişafının əsasını qoydu. Dövlət başçısı, YAP Sədri İlham Əliyev noyabrın 21-də partiyanın yaradılmasının 30 illiyinə həsr olunan tədbirdə bir daha həmin dövrün reallıqlarına diqqəti yönəldərək bildirdi ki, partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan çətin günlər yaşayırdı. Müstəqilliyimizin bərpasının  birinci ili çox ağır keçmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər, ölkənin gələcəyini düşünən insanlar nicat yolunu Heydər Əliyevin simasında gördülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanladılar. Bu müraciəti ünvanlayan məşhur “91-lər” öz tarixi missiyasını şərəflə yerinə yetirdilər: “Çünki məhz bu müraciət əsasında, bu müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı.”

Bugünkü güclü, qüdrətli Azərbaycanın uğurları məhz o gündən başlayıb. Təbii ki, bunun səbəbi güclü Lider və xalqın həmin Liderə güvənib partiya ətrafında birləşməsi idi. Dövlətə, xalqa xidməti fəaliyyətinin önündə saxlayan Yeni Azərbaycan Partiyası yaradıldığı gündən əqidəsinə sadiqliyi, sözlə əməl birliyi, monolitliyi ilə cəmiyyətin avanqard qüvvəsinə çevrildi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının nəticəsi məhz bugünmüzün reallıqlarıdır.  Azərbaycan regionun lideridir, beynəlxalq nüfuzu artır, həyata keçirdiyi layihələrin miqyası genişlənir.  Partiyanın lideri, ulu öndər Heydər Əliyev müasir, heç kimdən asılı olmayan müstəqil Azərbaycan qurdu. Ölkəmiin iqtisadi və siyasi müstəqilliyi təmin edildi. 2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı, Prezident İlham Əliyev bütün fəaliyyətini torpaqlarımızın işğaldan azad edilməsi üçün hazırlıq işlərinə yönəltdi. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində  tariximizə yazılan  Zəfər səhifəsi Heydər Əliyev siyasətinin təntənəsidir. Son 19 ildə davamlı iqtisadi islahatlar həyata keçirilir, ölkəmizdə əlverişli biznes mühiti yaradılır.  Ümummilli Liderin müəllifi olduğu neft strategiyasınn uğurlarını yaşayırıq. Bu gün ölkəmiz dünyanın enerji təhlükəsizliyində mühüm rola malikdir, regionun nəqliyyat-tranzit, eləcə də logistik mərkəzi, kosmik klubun üzvü, beynəlxalq tədbirlərin keçirildiyi məkandır.

Möhtəşəm Zəfərimiz Azərbaycanın, eyni zamanda, Yeni Azərbaycan Partiyasının qarşısında yeni imkanlar açır.  Partiyanın VII qurultayında qəbul edilən yeni qərarlar gələcəyimizin təqdimatıdır. Belə ki, Yeni Azərbaycan Partiyasının yeni  Proqramı  ölkəmizin daha da inkişafını, növbəti qələbələri hədəfləyir. YAP-ın “Biz birlikdə güclüyük!” devizi özündə bütün məqamları ehtiva edir.

DİGƏR Xəbərlər Arxiv