Xəbərlər
Milli Məclisin deputatı Məşhur Məmmədov Masallıda seçiciləri ilə görüşüb
Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə səyyar qəbul-görüşləri davam etdirir.
Növbəti görüş rayonun Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə baş tutub.
Görüşdən öncə kənd məzarlığında uyuyan Şəhid Xanlar Hacı Xudaş oğlu Məmmədovun, Şəhid gizir Əzizov Elvin Əfrayıl oğlunun, Şəhid gizir Hüseynov Rəfail Teymur oğlunun məzarları ziyarət edilib, önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Sonra Kənd sakinləri ilə keçirilən səyyar görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, digər müraciətlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.