YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ərəb mediası: Azərbaycan Prezidenti Ərəb Liqasına üzv dövlətlərlə əməkdaşlığı prioritet vəzifə elan edib

Ərəb mediası Azərbaycan Prezidenti İlham Əliyevin ADA Universitetində “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat mövzusunda keçirilən konfransdakı çıxışında Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə əlaqələrin inkişafına dair fikirlərinə geniş yer ayırır.

Akademik Mərvan Musa Suda və iordaniyalı rus əsilli jurnalist Yelena Neduqinanın “Acnadeyin”, “Əl Hərir”, “Yeni dünya xəbərləri”, “Səma” portallarında yayımlanan məqalələrində Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərə təşəkkür etdiyi qeyd olunub. Yazılarda diqqətə çatdırılıb ki, dövlət başçısı işğal dövründə və ərazilər azad olunduqdan sonra Azərbaycanı dəstəkləyən və Ermənistanın işğalçı siyasətini pisləyən bir sıra qətnamələrin qəbul edildiyini bildirib. O əlavə edib ki, rəsmi Bakı İslam Əməkdaşlıq Təşkilatının üzvləri arasında həmrəyliyin gücləndirilməsi üzrə fəal işləyir, bir neçə beynəlxalq tədbir keçirib. Azərbaycan pandemiya dövründə Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının üzvləri də daxil olmaqla, dünyanın 80-dən çox ölkəsinə maliyyə və humanitar yardım göstərib. Prezident İlham Əliyev, həmçinin Ərəb Sammitində iştirakını ərəb dövlətləri ilə sıx əlaqələrin bariz nümunəsi kimi səciyyələndirib.

Məqalələrdə, həmçinin Azərbaycanın İsraildə səfirlik və Fələstində Təmsilçilik Ofisinin açılması qərarı və Prezident İlham Əliyevin bununla bağlı sərəncamları da rəsmi Bakının Yaxın Şərq siyasətinin növbəti uğuru kimi qiymətləndirilib. Müəlliflər diqqətə çatdırıblar ki, fələstinli politoloq və yazıçı Əbdül Həmid Siam “Əl Qüds Əl Ərəbi” qəzetindəki analitik məqaləsində Fələstin probleminin həlli prosesinin Azərbaycanın uğurla sədrlik etdiyi Qoşulmama Hərəkatı çərçivəsində sürətlənəcəyini vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv