YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Prezident İlham Əliyev: Münaqişələrə eyni beynəlxalq hüquq normaları prizmasından baxılmalı, onların həlli üçün eyni yanaşma tətbiq edilməlidir

“Azərbaycan üçün çağırış həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bu tipli problemlərin beynəlxalq hüquq normaları əsasında həll edilməsidir. Biz 20 ildən artıqdır ki, Ermənistanın işğalından əziyyət çəkirik. Təəssüf ki, bu gün dünyada mövcud olan ikili standartlar, bəzi hallarda işğalçı ilə işğala məruz qalan tərəflərin eyniləşdirilməsi münaqişənin həllini ləngidir. Hesab edirəm ki, keçmiş sovet məkanındakı və ümumiyyətlə, dünyadakı bütün münaqişələrə eyni beynəlxalq hüquq normaları prizmasından baxılmalı, onların həlli üçün eyni yanaşma tətbiq edilməlidir. Çünki hər hansı münaqişə həll olunmursa və ya dondurulursa, onda digər münaqişələr üçün zəmin yaranır.” Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin "The Business Year" jurnalına müsahibəsində yer almışdır. 

DİGƏR xəbərlər Arxiv