YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı rayon 50 saylı Şəhriyar qəsəbə ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Öncə Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şəhriyar qəsəbə tam orta məktəbin direktoru Nuranə Məmmədova bildirib ki, Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb. Ulu Öndər müdrik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də xalqımız Ümummilli Lideri müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb.

YAP Şamaxı rayon təşkilatının sədr müavini Altay Məmmədov Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərdən söz açaraq parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirib. Bildirib ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyev xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoyub.

Daha sonra Şamaxı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialının rektor müavini Şəlalə Seyidova və şəhid anası Güllü Babaşova ulu öndər Heydər Əliyevin keçdiyi böyük və şanlı tarixi yoldan ətraflı danışıblar.

Sonda ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü münasibətilə ədəbi-bədii kompozisiya nümayiş olunub.