YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb

Mayın 26-da Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, səfir ölkələrimizin dostluq münasibətlərini xatırladaraq, Fransa ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin zəngin tarixə malik olduğunu deyən Baş nazirin müavini Əli Əhmədov qarşılıqlı münasibətlərin bir çox sahələrdə fəal şəkildə genişləndiyini qeyd edib, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib. Azərbaycan ilə Fransa arasında sosial sahədə də əməkdaşlığın genişləndiyini deyən Əli Əhmədov çoxlu sayda fransız şirkətlərinin ölkəmizdəki fəaliyyətinin və onların bu sahəyə verdiyi töhfənin önəmini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən Fransa şirkətlərinin Azərbaycanın səhiyyə müəssisələrinin inkişafına dəstəyi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv