YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Professor Zahid Qaralovun "Heydər Əliyev-milli ləyaqət ölçüsü" kitabının təqdimat mərasimi keçirilib

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə professor Zahid Qaralovun  "Heydər Əliyev-milli ləyaqət ölçüsü" kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlər göstərdiyini bildirib. O qeyd edib ki, Heydər Əliyev irsi zəngin xəzinədir və ölkəmiz məhz Heydər Əliyev yolu ilə gedərək inkişaf edir. Ulu öndər Heydər Əliyev haqqında xeyli sayda əsərlər yazıldığını deyən təşkilat sədrinin sözlərinə görə, bu baxımdan, professor Zahid Qaralovun əsərləri olduqca əhəmiyyətlidir. Ş.Hacıyev deyib ki, "Heydər Əliyev-milli ləyaqət ölçüsü" kitabı Zahid Qaralovun Ulu öndərimiz haqqında sayca beşinci kitabıdır. Onun sözlərinə görə, bu, olduqca dəyərli bir kitabdır.

Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova  bu kitabın əhəmiyyətindən bəhs edib, onun Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə bir işıq saldığını deyib. Kitabın müəllifinin xalqımızın dəyərli ziyalısı olmasının da önəminə toxunan B.Muradova qeyd edib ki, Zahid Qaralov mübariz bir insan idi. Onun həyat və fəaliyyəti gənclər üçün bir örnəkdir.

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında bildirib ki,  Ümummilli lider Heydər Əliyev haqqında yazılan əsərlər arasında professor Zahid Qaralovun kitabları böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Ulu öndərimizin hakimiyyətinin hər iki dövrü də Zahid Qaralovun tədqiqatlarının mövzusu olub. Zahid Qaralovu fədakar insan kimi xarakterizə edən Siyavuş Novruzov müstəqilliyimizin ilk illərində Azərbaycanın ağır durumunda Zahid Qaralov xilas yolu kimi məhz Heydər Əliyevin hakimiyyətə qayıdışını görürdü. Buna görə də, o, Ulu öndərimizə müraciət edən 91 ziyalıdan biri di. Siyavuş Novruzov Zahid Qaralovu möhkəm əqidəli, prinsipial və mübariz insan kimi xarakterizə edib.

Mərasimdə həmçinin, Milli Məclisin deputatı Fəzail İbrahimli, YAP Siyasi Şurasının üzvü, professor Vilayət Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Asif Əsgərov və Prezident Administrasiyasının məsul işçisi Xıdır Qaralov çıxış ediblər.

 

 

DİGƏR Partiya xəbərləri Arxiv