YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallıda seçiciləri ilə görüşüb

Milli Məclisin deputatı Məşhur Məmmədov Masallı rayonunda əhalinin problemlərinin öyrənilməsi və yerində həlli məqsədilə qəbul-görüşləri davam etdirir.

Növbəti görüş rayonun Xırmandalı ərazi nümayəndəliyinə daxil olan Ərəb kənd orta məktəbində baş tutub.

Kənd sakinləri ilə keçirilən səyyar görüş zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, digər müraciətlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.