YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhidlərin xatirəsi anılıb

Gədəbəy rayonu Novosaratovka kəndində şəhid Rzayev Əli Rəsul oğlunun, Qoşabulaq kəndində isə şəhid Əsgərov Hüseyn Ramiz oğlunun şəhadətlərinin ikinci ildönümü münasibətilə xatirələri anılıb.

Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, təşkilat nümayəndələri, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, Gədəbəy şəhər Cümə məscidinin imamı Rövşən Mustafayev və kənd sakinləri şəhidlərin məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyub, əziz xatirələrini böyük ehtiramla anıblar.

Şəhidlərin ataları dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

http://yap.org.az/az/view/news/70059/gedebeyde-shehidin-xatiresi-anilib