YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbədi yaşayanlar!

Suraxanı rayonunda Vətən müharibəsi şəhidləri Əhmədli Qardaşxan Elxan oğlunun və Səfərov Cəsarət Xaliq oğlunun şəhadətlərinin ikinci ildönümü qeyd edilib.

Anım mərasimlərində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİH başçısının müavinləri və şöbə müdirləri, şəhidin doğmaları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Binə qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid Qardaşxan Əhmədlinin, İkinci Fəxri xiyabanda isə şəhid Cəsarət Səfərovun məzarları ziyarət olunub, məzarları önünə tər güllər düzülüb, ruhlarına dualar oxunub.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və təşkilat fəalları şəhid Kirxlarov Nazim Nadir oğlunun doğum günü münasibətilə ailəsini ziyarət edib, dərin hüznlə başsağlığı veriblər.

Görüşdə şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Təşkilat sədri Vüqar Seyidov işğaldan azad edilmiş torpaqlarımızda müqəddəs üçrəngli bayrağımızın dalğalanması naminə düşmən qarşısında bütün çətinliklərə sinə gərən əsgər və zabitlərimizin, hərbçilərimizin misilsiz şücaətlərinin gələcək nəsillər üçün örnək olduğunu vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv