YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Serbiya arasında münasibətlər fəal dinamikaya malikdir

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Azərbaycan və Serbiya arasında əlaqələr yüksələn xəttlə inkişaf edir. Hər iki ölkə bir sıra ortaq xüsusiyyətlərə malikdir. Müstəqil xarici siyasət və öz imkanlarına arxalanmaq ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verən əsas amillərdir.

Dekabrın 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Azərbaycana səfəri ölkələrimiz arasında qarşılıqlı əlaqələrin fəal dinamikasının göstəricisidir. Ötən ay Prezident İlham Əliyevin Serbiya Respublikasına dövlət səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalanaraq gələcək dövrdə əlaqələrin daha sıx şəkildə inkişafına töhvə verildi. Prezident Vuçiçin ölkəmizə son səfəri isə bu imzalanmış sənədlər çərçivəsində qəbul olunmuş qərarların tezliklə icrasına Azərbaycan və Serbiyanın nə dərəcədə yüksək önəm verdiyini nümayiş etdirir.

Strateji tərəfdaş olan Azərbaycan və Serbiya işğala məruz qalmış ölkələr kimi daim bir-birlərinin ərazi bütövlüklərini və suverenliklərini dəstəkləyiblər. Təəssüflər olsun ki, dünyada ikili standartların mövcudluğu beynəlxalq hüquq və normaların ədalətsiz şəkildə pozulmasına səbəb olur. Azərbaycan müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə yaxın işğala son qoyaraq təkbaşına BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrini icra etmişdir. Beynəlxalq hüququn, sənədlərin və qərarların aliliyinə daim hörmətlə yanaşan Azərbaycan mürəkkəb dünya nizamında sabitləşdirici nüfuz qazanmışdır.

Əldə olunmuş razılaşmalara əsasən ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün yüksək potensial var. Beynəlxalq dəhlizlərin həm Azərbaycanın, həm də Serbiyanın ərazisindən keçməsi nəqliyyət-logistika sahəsində geniş imkanlar yaradır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rola malik olan Azərbaycan qaz və elektrik enerjisinin nəqli sahəsində fəal işlər aparır. Serbiyanın bu enerji resursları ilə təmin olunması ölkələrimiz arasında əməkdaşlığın əsas komponentlərindən biridir. Müdafiə sənayəsi sahəsində də imkanların birləşdirilməsi üçün geniş perspektiv var və gələcəkdə bu istiqamətdə mühüm nəticələrin əldə olunması gözlənilir.

DİGƏR Xəbərlər Arxiv