YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-nin mənzil-qərargahı qarşısında Azərbaycan ekoloqlarına dəstək aksiyası keçirilib

ABŞ-ın Nyu-York şəhərinin Azərbaycan icması üzvləri BMT-nin mənzil-qərargahı qarşısında Xankəndi-Laçın yolunda artıq iki həftədir Azərbaycan ekoloqları və digər qeyri-hökumət təşkilatları tərəfindən davam edən nümayişlərə dəstək olaraq aksiya keçiriblər.

İcma üzvləri BMT rəhbərliyindən Ermənistanın Azərbaycanın tarixi torpaqlarında törətdiyi bəşəri cinayətə beynəlxalq hüquq çərçivəsində cavab verilməsini tələb ediblər.

Aksiya zamanı “Ermənilərin ekoloji terroruna son”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!” və sair şüarlar səsləndirilib. Onlar, eyni zamanda, beynəlxalq təşkilatdan bölgəyə ekspertlər göndərilməsini, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər.

Təşkilatçılardan biri, Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova BMT-yə müraciətində bildirib ki, Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın tarixi torpaqlarında faydalı qazıntı yataqlarını qanunsuz olaraq heç bir ekoloji normalara riayət etmədən istismar etməsi cinayətdir və sadəcə Azərbaycanın deyil, dünyanın ekosisteminə və bütövlükdə bəşəriyyətə ən böyük zərbədir.

DİGƏR Xəbərlər Arxiv