YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Serbiya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsaslı rol oynayan bir dövlət kimi tanınır və qiymətləndirilir. Azərbaycan eyni zamanda etibarlı tərəfdaş kimi uzun illərdir dünya və Avropa bazarlarına xam neftini və qazını ixrac etməklə dövlətlərin və xalqların həyatının normal təmin olunmasına töhfələr verir və bu proses ildən - ilə sürətlənməkdədir. Avropada Azərbaycan təbii qazından faydalanacaq ölkələrdən biri də Serbiyadır. Son illərdə Azərbaycan-Serbiya əlaqələrində dinamik inkişaf müşahidə olunur. Azərbaycanla Serbiya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında və daha da inkişaf etdirilməsində Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Azərbaycana rəsmi səfəri böyük rol oynamışdır. Bu səfər iki dövlət arasında mühüm strateji tərəfdaşlığa doğru növbəti addım olmaqla ölkələrin milli maraqlarına, xalqların dostluğuna xidmətə istiqamətlənib. Serbiya Prezidentinin Azərbaycana səfəri və səfər zamanı keçirilən əhəmiyyətli görüşlərdə dövlət başçılarının, rəsmi dairələrin çıxışlarında səslənən fikirlər Azərbaycanın humanist mövqeyini bir daha təsdiq edir. Səfər çərçivəsində Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Şübhəsiz ki energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə. Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün addımlar atılacaqdır.

Azərbaycanın Serbiya üçün etibarlı tərəfdaş olması mövqelərimizin hər zaman üst-üstə düşməsinə gətirib çıxardır. Bu gün Serbiya və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Azərbaycanla Serbiya arasında iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur.

Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Azərbaycan və Serbiya arasında imzalanan sənəd tərəflər arasında qarşılıqlı maraqların, qlobal və regional təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın, əlaqələrin inkişafı baxımından çox əhəmiyyətli sayılır. İki ölkə arasında əlaqələrin gücləndirilməsində təbii ki, qarşılıqlı səfərlər mühüm əhəmiyyət daşıyır. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, Serbiya və Azərbaycan iki dost ölkə kimi bundan sonra da uğurla əməkdaşlıq edəcəklər. Bir sözlə tam əminliklə söyləyə bilərik ki, Azərbaycan-Serbiya əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.

DİGƏR Xəbərlər Arxiv