YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Serbiya arasında münasibətlər yüksələn xəttlə inkişaf edir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Azərbaycan və  Serbiya arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulmuşdur.  Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü qeyd olunur. Dövlət başçımızın ötən ay Serbiya Respublikasına, eləcə də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dekabrın 21- də ölkəmizə  işgüzar səfəri  diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu vaxtda təsadüf edir.  Bu qarşılıqlı səfərlərin məqsədi  iki ölkə  arasında yüksək səviyyədə olan münasibətlərin  daha da inkişafına töhfə verməkdir.

Qeyd edildiyi  kimi, dekabrın 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç  ölkəmizə  işgüzar səfərə gəlmişdir.Səfər Azərbaycan - Serbiya  arasında mövcud olan qarşılıqlı əlaqələrin yüksəln xəttələ inkşaf etdiyinin göstəricisidir. Səfər çərçivəsində Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olmuş, görüş başa çatdıqdan sonra Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.

Əvvəlcə çıxış edən Prezident İlham Əliyev ötən ay Serbiyada rəsmi səfərdə olduğundan,səfər çərçivəsində Ona və nümayəndə heyətinə göstərilən  qonaqpərvərlikdən söhbət açdı və öz  təəssüratlarını bildirərək qeyd etdi ki, Prezident Vuçiçin uzaqgörən siyasəti nəticəsində Serbiya hərtərəfli inkişaf edir, həm şəhərsalma sahəsində, eyni zamanda, iqtisadi və sənaye inkişafı sahəsində, kənd təsərrüfatı sahəsində. Bu, bizim gələcək əməkdaşlığımız üçün yeni imkanlar yaradır. Çünki həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan ölkələrdir, müstəqil siyasət aparan ölkələrdir və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.

Prezident İlham Əliyev  çıxışında  iki ölkə arasındakı münasibətlərə toxunaraq  Serbiya və Azərbaycanın strateji tərəfdaş olduğunu, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalandığını bildirdi. Dövlət başçımız onu da qeyd etdi ki, iki ölkə hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib və bu siyasət dəyişməz olaraq qalacaq.

Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir deyən Prezident İlham Əliyev son vaxtlar bu sahənin daha böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Dövlət başçımız  Azərbaycanın təbii resurslarının artıq müxtəlif  istiqamətlər üzrə ixrac edildiyini, gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacağından əmin olduğunu vurğuladı.

Prezident İlham Əliyev ötən ay Serbiya Respublikasında səfəri zamanı  müdafiə sənayesi sahəsi ilə bağlı müvafiq göstərişlər verdiklərini və bu sahədə də hər iki ölkədə potensial olduğunu vurğuladı.

Beləliklə, Serbiya Respublikasının Prezidenti  Aleksandar Vuçiçin ölkəmizə səfəri bir daha onu nümayiş etdirdi ki, Serbiya ilə bütün sahələrdə  münasibətlərimiz çox yüksəkdir,ölkələrimiz bir-birinin mövqeyini dəstəkləyir və bu da iki ölkə arasında münasibətlətləri daha da möhkəmləndirir.

DİGƏR Xəbərlər Arxiv