YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərbi Azərbaycana Qayıdışın prioritet istiqamətləri

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor

Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Prezident İlham Əliyev

Ölkə başçımız dekabrin 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə  Azərbaycanla bağlı bir çox strateji prioritetləri qeyd etdi.  Prezident İlham Əliyev 19 illik  rəhbərlik  dövründə Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi ilə yanaşı, Qərbi Azərbaycanın məsələsini də gündəmdə saxlamışıdr. Ən müxtəlif platformalarda, görüşlərdə Qərbi Azərbaycan mövzusunu səsləndirmişdir.  Ulu Öndər Heydər Əliyev 1994-cü ildə  Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı qeyd etmişdir ki, “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik”. Prezident İlham Əliyev isə bu ədlətsizliyin təkcə Aazərbaycan və azərbaycanlılara deyil, həm  də bürövlükdə Türk dünyasına vurulan zərbə kimi qiymətləndirir. 2015-ci ildə Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində bildirmişdir ki, “Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər”. Lakin artıq reallıq dəyişib. İki bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı, Şərqi Zəngəzuru erməni işğalından azad etməklə  bölgədə, Cənubi Qafqazda yeni vəziyyət yaratdı.  

Görüş zamanı, Qərbi Azərbaycanın tarixi torpaqlarımız olmasını faktlarla əsaslandıran ölkə başçımız bir daha vurğuladı ki “ Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Bəli, dövlətimizin başçısının da vurğuladığı kimi, bu sahədə təbliğat və təşviqat işləri aparılmalı, müxtəlif  müstəvilərdə  görüşlər, forumlar keçirilməli, soyqırım faktları dünya ictimaiyyətinə çatdırılmalıdır.   Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının fəlaiyyət istiqamətlərini də göstərdi: “ Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır.Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik”.  Həmçinin rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalı, Azərbaycan xalqının tarixi irsinin necə dağıdılğı  beynəlxalq arenaya çıxarılmalıdır. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Ölkə başçısı bir daha qeyd etdi ki, Vətən Müharibəsindən sonra baş verən hərbi əməliyyatlar, xüsusi ilə, sonuncu sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaqdır: “Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər”. Bir daha qeyd etmək lazımdır ki, dğvlətimizin  əldə etdiyi  həm hərbi, həm siyasi uğurları gələcək üçün zəmin yaradır. Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər  bilməlidirlər ki,  bizi heç kim və heç nə dayandıra bilməz.

Ölkə başçısı qeyd etdi ki, “Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”.

Bəli, o gün uzaqda deyil! Biz inanırıq ki, hər birimizin bu arzusu da reallığa çevriləcəkdir.