YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

“Biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır.” Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu inamı ifadə etdi ki, bu yer İcma üçün təsadüfən seçilmədi, rəmzi mənası var. Bu binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar.   

Dövlət başçısı İlham Əliyev həmin torpaqlarımıza qayıtmağımızı hər şeydən əvvəl tarixi yaddaşımızla əlaqələndirdi. Bildirdi ki, bu gün Zəngilana, Ağalıya o torpaqlarımızı görməyən yeni nəslin qayıdışını da təmin edən məhz tarixi yaddaşdır.

30 il yeganə amalımız Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün bərpası, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı idi. Bu amalımız necə bu gün reallığa çevrilibsə, tezliklə İrəvana, Göyçəyə, Zəngəzura qayıtmaqla bağlı arzularımız da gerçəkləşəcək. Çünki xalqımızın bütün istəklərini həyata keçirən, dövlət maraqlarını qoruyan, tariximizin öyrənilməsinə və qorunmasına çağırışlar,  erməni yalanlarını  tarixi faktlarla ifşa edən, həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün böyük səylər, qətiyyət göstərən qüdrətli Liderimiz, müzəffər Sərkərdəmiz  var.

Həmin görüşdə bu məqam da böyük qürur hissi ilə vurğulandı ki, vaxtilə bu binada yerləşən Şuşa İcra Hakimiyyəti bu gün Azərbaycanın döyünən ürəyi Şuşaya qayıtdısa, bir gün gələcək bu gün burada fəaliyyətə başlayan Qərbi Azərbaycan icması nümayəndələri də öz evlərinə qayıdacaqlar. Bu arzularımızın reallığa çevrilməsində əsas amillərdən biri təbliğatımızın gücləndirilməsi, dünya ictimaiyyətinin həqiqətlərimizlə dolğun məlumatlandırılmasıdır. “Qarabağın və Şərqi Zəngəzurun işğalı növbəti faciəmiz idi. Yəni, görün, təkcə XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşmişdir” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, xalqımız sınmadı, əyilmədi, inamını itirmədi, güc topladı və nəticədə istədiyinə nail oldu.

İki il bundan əvvəl öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qurub- yaradırıq, dağıntıları aradan qaldırırıq. Cənab İlham Əliyev qeyd etdiyimiz reallıqlarla yanaşı, əsas olan bu məqamı da bildirir ki, dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır: “Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi... Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək.”

Qarşıda dayanan hədəfləri ümumiləşdirsək, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda necə yaşamaq hüququmuzun olduğunu bütün dünyaya çatdırmalı və o torpaqlara qayıtmağımız üçün hüquqi-informativ mühit formalaşdırmalıyıq. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında məhz bu məsələləri vəzifə kimi qoyaraq, onun milli maraqlarımız baxımından nə qədər strateji olduğunu əsaslandırdı.