YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astarada Şəhid övladları üçün bayram şənliyi təşkil edilib

Astarada Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları üçün bayram şənliyi təşkil olunub. Tədbirdə Milli Məclisin deputatı Rəşad Mahmudov, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, şəhidlərin ailə üzvləri və Astara könüllüləri iştirak ediblər. 

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin Vətən müharibəsindəki parlaq qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu qeyd etdi.  

Deputat bildirdi ki, bu şərəfli döyüşlərdə misli görünməmiş qəhrəmanlıq nümayiş etdirərək Vətən uğrunda canlarını qurban verən şəhidlərimiz hər birimizin üçün müqəddəslik simvoludur. Artıq onlar bir ailənin deyil, hər birimizin ailə üzvü və övladıdır. Şəhid övladları, doğmaları bizə əmanətdir, onların qayğısına qalmaq hər şeydən qabaq bizim vətəndaşlıq borcumuzdur.

Elm və Təhsil Nazirliyinin  Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov və digər natiqlərin çıxışlarından sonra tədbir Şaxta baba və Qar qızın iştirakı ilə maraqlı bayram proqramı ilə davam etdi. 

Sonda şəhid ailərənin üzvləri diqqət və qayğıya görə tədbirin təşkilatçılarına, rayon rəhbərliyinə belə nəcib addımlarına görə minnətdarlıqlarını bildiriblər.