YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərbi Azərbaycana qayıdışımız uzaqda deyil

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Görüş zamanı Ölkə başçısı geniş çıxış edərək bir çox mühüm əhəmiyyətə malik məsələlərə toxundu. Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrildiyini və əvvəllər Qarabağdan məcburi köçkünlərin təşkilatı üçün nəzərdə tutulan binanın İcmaya verildiyini bildirən Prezident qeyd etdi ki: “...burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”

Bəli, Azərbaycan 44 günlük Vətən Müharibəsində Şanlı Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etdi. Hazırda həmin ərazilərdə böyük bərpa-quruculuq işləri aparılır. Soydaşlarımızın öz doğma yurd yuvalarına qayıtması üçün dövlətimiz tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir. Həmin ərazilərdə həyat şəraitinin maksimum səviyyəyə çatdırılması üçün bərpa işləri intensiv şəkildə aparılır, irimiqyaslı infrastruktur layihələri icra olunur, hava limanları, elektrik stansiyaları, sosial binalar, yaşayış evləri inşa edilir, dəmir yolları, avtomobil yolları, tunellər tikilir, körpülər salınır, şəhər və kəndlərimiz yenidən qurulur. Vətəndaşlarımız uzun illərdir həsrətində olduqları öz doğma ata-baba yurdlarına böyük sevinc, coşqu hissi ilə qayıdırlar.

Necəki məcburi köçkünlərimiz bu gün öz doğma yurd yuvalarına qayıdır, bütün Azərbaycan xalqı əmindir ki, tezliklə Qərbi Azərbaycandan olan soydaşlarımızın da tarixi torpaqlarımız olan İrəvana, Göyçəyə, Zəngəzura qayıdışı reallığa çevriləcək. Biz mütləq bir gün həmin torpaqlara qayıdacağıq. Çünki Qərbi Azərbaycan bizim tarixi torpağımızdır və bu torpaqlara qayıdışımızı reallaşdıracaq Müzəffər Prezidentimiz, qalib xalqımız və qüdrətli ordumuz var.

DİGƏR Xəbərlər Arxiv