YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almaq istəyən gənclər üçün sənəd qəbuluna başlanılıb

2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlayıb. Sənəd qəbulu bu il avqustun 8-dək davam edəcək.

Ötən illərdən fərqli olaraq, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün həyata keçiriləcək müsabiqəyə sənəd qəbulu "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 saylı Fərmanı"na uyğun olaraq və eyni zamanda Təhsil Nazirliyinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı nəticəsində tam elektron qaydada həyata keçiriləcəkdir. Nəticədə, sənədlərin təqdim olunması məqsədilə Təhsil Nazirliyinə gəlməyə və sənədlərin poçt vasitəsilə göndərilməsinə ehtiyac qalmayacaq.