YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Avropanın idman tarixində çox önəmli hadisənin başlanğıcı Azərbaycanda qoyulur

«Azərbaycan ilk Avropa Oyunlarını qəbul etməyə tam hazırdır. Bu barədə artıq Birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bəyanat verib. Ən başlıcası ondan ibarətdir ki, Avropa Oyunları ilk olaraq Azərbaycanda keçirilir. Bu, tarix deməkdir. Yəni Avropanın idman tarixində çox önəmli hadisənin başlanğıcı Azərbaycanda qoyulur. Güman edirəm ki, Azərbaycanda Avropa Oyunlarının elə yüksək standartı müəyyənləşdiriləcək ki, digər ölkələrdə bu oyunlar keçiriləndə həmin standartlar tətbiq olunacaq». Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Azərbaycanın hər bir vətəndaşı belə bir mötəbər tədbirin ilk dəfə ölkəmizdə keçirilməsindən qürur duyur. Onun fikrincə, bu bir daha onu göstərir ki, artıq Azərbaycan müasir dünyaya yaxından inteqrasiya etmiş, iqtisadi cəhətdən yüksək inkişaf səviyyəsinə çatmış, dünya səviyyəli idman oyunlarını, mədəni tədbirləri keçirməyə hazır olan ölkədir.

«Hesab edirəm ki, ilk Avropa Oyunlarının keçirilməsi ölkəmizi bütün dünyada həm təbliğ etmək imkanı yaradacaq, həm də Azərbaycanın imici daha yüksəlmiş olacaq. Tədbir çərçivəsində Azərbaycana minlərlə idmançı və qonaqlar gələcək. Onlar Azərbaycanda sabitliyi, əminamanlığı və insanlar üçün yaradılmış yaşayış şəraitini görəcəklər. Beləliklə də, Azərbaycan bir daha bu Oyunlar vasitəsilə dünyaya özünü təqdim edə biləcək»- deyə, Əli Əhmədov qeyd edib.

 

 

 

DİGƏR xəbərlər Arxiv