YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dinamik inkişaf edən güclü dövlət

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

Yanvarın 10-da Prezident İlham Əliyevin artıq ənənə halını almış yerli televiziya kanallarına müsahibəsi ictimaiyyəti ölkəmizlə əlaqədar bütün məsələlərlə bağlı dəqiq, dolğun şəkildə məlumatlandırmaq baxımından mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyev ölkəmizlə bağlı sosial-iqtisadi, siyasi-hərbi məsələləri əhatə edərək ölkəmizin hazırki inkişaf dinamikasını təsvir etdi.

Müharibənin bitməsindən cəmi iki il keçməsinə baxmayaraq, Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində öz mövqelərini həm sosial-iqtisadi, həm də siyasi-hərbi cəhətdən daha da möhkəmləndirmişdir.

Hazır ki, məqamda dünyada davam edən böhranlı vəziyyət və inflyasiyanın yüksək olduğunu nəzərə alaraq ilin başlanğıcında əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə icrasına başlanılan sosial layihələrin xüsusi önəmi var. Həyata keçirilən bu layihələrin məqsədi vətəndaşları yüksək qiymət artımına qarşı qorumaqdır.

Azad edilən ərazilərdə həyata keçirilən geniş miqyaslı bərpa-quruculuq işləri qısa zamanda Azərbaycan vətəndaşlarının öz ata yurdlarına qayıdışına hədəflənib. Müharibədən az müddət keçməyinə baxmayaraq həm azad olunmuş ərazilərdə bərpa quruculuq işləri, həm əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycanın güclü iqtisadi potensialının göstəricisidir. Hər bir dövlət proqramı, layihələr təxirə salınmadan icra edilir.

Prezident İlham Əliyev müsahibəsində döyüşdə Qələbə qazanmağımıza baxmayaraq mübarizəmizin davam etdiyini bildirdi. Uzun illər deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaqlarının onların hüququ olduğunu bildirən cənab Prezident Ermənistanın bunun marağında olduğunu bildirdi. Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışını təmin etməklə Ermənistan özünün monodövlət damğasını üzərindən götürə bilər.

Azərbaycan Silahlı Qüvvələrində xüsusi təyinatlıların sayının xeyli artırıldığını diqqətə çatdıran Prezident İlham Əliyev bir daha Ermənistana xatırlatma edərək hər hansısa revanşist niyyətlərin heç bir nəticəsi olmayacağını bildirdi.