YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda “20 Yanvar – qəhrəmanlıq salnaməsi” adlı sərgi-tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “20 Yanvar – qəhrəmanlıq salnaməsi” adlı sərgi-tədbir keçirilib.

Tədbirdən öncə elan edilmiş rəsm müsabiqəsi çərçivəsində Nizami rayon təhsil müəssisələrinin təmsilçilərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev, Keşlə Bələdiyyəsinin sədri Əlamdar Bafadarov və başqaları qeyd ediblər ki, 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Çıxışlardan sonra rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Ümumilikdə 32 şagird və tələbənin iştirak etdiyi müsabiqədə I yerin qalibi 242 saylı orta məktəbin şagirdi Bağırova Nərmin Anar qızı, II yerin qalibləri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdi Qəribova Sevinc Rövşən qızı, 214 saylı orta məktəbin şagirdi Hüseynova Məryəm Emin qızı, III yerin qalibləri isə Texnika və Texnologiyalar üzrə Bakı Dövlət PeşəTəhsil Mərkəzinin tələbəsi Kərimov Ruhin Mansur oğlu və 229 saylı orta məktəbin şagirdi Yusubzadə Dilşad Samir qızı olub. Eyni zamanda, tədbirdə 27 müsabiqə iştirakçısı həvəsləndirici sertifikatla da təltif edilib.