YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Pənahov: Azərbaycanın tranzit siyasətinin əsası Transavropa və Transasiya nəqliyyat şəbəkələrinin birləşdirilməsidir

Hər il Azərbaycan iqtisadiyyatına yatırılan bütün investisiyaların 20 faizi nəqliyyat sektorunun payına düşür. Bu barədə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov Astanada tranzit-nəqliyyat potensialı üzrə "TransAvrasiya-2014" beynəlxalq konfransı zamanı bildirib.

Nazir müavini deyib: "Son beş il ərzində illik yatırımlar ölkə iqtisadiyyatına yatırılan bütün investisiyaların ümumi həcminin 20 faizini təşkil edir. Son 10 il ərzində daşınmaların həcminin orta artımı illik 5,7 faiz təşkil edir".

M.Pənahov qeyd edib ki, Azərbaycanın tranzit siyasətinin əsası Transavropa və Transasiya nəqliyyat şəbəkələrinin birləşdirilməsidir.

Onun sözlərinə görə, hazırda Bakı-Tbilisi-Qars dəmiryol magistralının tikintisinin aktiv mərhələsi yekunlaşır və onun yaradılması 2015-ci ildə başa çatacaq.