YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Konsepsiya: Qayıdış prosesi əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa etməlidir

Qayıdış prosesi Qərbi azərbaycanlıların qovulmadan əvvəlki məskunlaşma konfiqurasiyasını bərpa etməlidir. Qovulmuş azərbaycanlıların qayıdış zamanı müxtəlif bəhanə və hüquqi fəndlərlə pərakəndə səpələnməsi cəhdləri irqçiliyin bir forması və reinteqrasiyaya maneə olan zərərli yanaşma kimi rədd ediləcək. Bu prinsipdən yayınma ancaq aidiyyəti şəxslərin sərbəst iradəsi və razılığı əsasında baş verə bilər.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasında öz əksini tapıb.

Konsepsiyada, həmçinin bildirilir ki, qayıdış prosesində qadınlar, uşaqlar və sosial baxımdan həssas əhali qrupundan olan insanların maraqları əsas prioritet kimi nəzərə alınacaq.

Qeyd edilir ki, “Qadınlar, sülh və təhlükəsizlik” yanaşması kimi mütərəqqi konsepsiya və standartlar bu prosesdə aparıcı yer tutacaq.

DİGƏR Xəbərlər Arxiv