YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Macarıstan münasibətlərində yeni səhifə açıldı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycanın dünya birliyində möhkəmlənən mövqeyi, sözünün imzası qədər əhəmiyyətli olduğu özünü aydın şəkildə büruzə verir. Ölkəmizin iqtisadi uğurlarından bəhs edərkən enerji sektorunda  keçdiyi inkişaf yoluna nəzər salmamaq mümkünsüzdür. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin həyatında yeni bir mərhələ başladı. Bu saziş Azərbaycanın dünəninə, bu gününə və gələcəyinə böyük inam yaratdı. Ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən 28 ildən artıq dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirdikdə strateji və etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsini böyük əminliklə qeyd edə bilərik. Eyni zamanda, əməkdaşlığın çoğrafiyası genişlənərək regional çərçivədən beynəlxalq səviyyəyə yüksəldi. Artıq iki il bundan öncə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verldi.

Dövlət başçısı İlham Əliyevin Macarıstana rəsmi səfəri zamanı keçirilən görüşlərdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr yüksək dəyərləndirildi. Hazırkı dövrdə Azərbaycanın bu rolunun daha da artdığı vurğulandı.

Macarıstanın Baş naziri Viktor Orban bu fikirləri ilə Azərbaycanın Macarıstan, ümumilikdə Avropa üçün önəmini ifadə etdi: “Xalqlar arasında son onillik ərzində əlaqələrin və ənənəvi əməkdaşlığın gücləndirilməsinə mərhələli şəkildə verdiyiniz töhfəyə görə minnətdarıq. Biz bunu yüksək dəyərləndiririk. Ölkələrimiz mühüm dostluğu indi yox, çoxdan başlayıblar. Siz təkcə enerjiyə görə bizim dostumuz deyilsiniz. Təsəvvür edirəm, indi Sizin yeni dostlarınız var. Çünki dünyada ölkənizin strateji əhəmiyyəti artmaqdadır. Lakin əməkdaşlığımız lap çoxdan başlayıb və təkcə maraqlara əsaslanmır, həmçinin mədəniyyət, adət-ənənələr sahəsindəki işbirliyinə söykənir.”

Dövlət başçısı İlham Əliyevin Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına dəstəyi yüksək qiymətləndirildi. Bu inam ifadə edildi ki, keçmişdə təşəkkül tapmış dərin əməkdaşlığımız yüksək dəyərləndirilir və gələcəkdə də uğurla davam edəcəyinə əminik.

Dövlət başçısı İlham Əliyev münasibətlərimizin yaxşı tarixi olduğunu önə çəkərək bildirdi ki, bu, qarşılıqlı dəstək və etimad, eləcə də tərəfdaşlıq və dostluq tarixidir.  Tərəfdaşlığımız üçün artıq çox möhkəm zəmin yaranıb. Enerji əməkdaşlığımızın bir hissəsinə çevrilir. Hazırda Azərbaycanın enerji resursları əvvəlki dövrlə müqayisədə Avropaya daha çox lazımdır.

Səfər çərçivəsində enerji sahəsində uzunmüddətli işbirliyinə imkan yaradacaq müvafiq Anlaşma Memorandumu imzalandı. Onu da qeyd edək ki, Azərbaycan-Macarıstan münasibətləri yalnız enerji sahəsi ilə məhdudlaşmır. Təhsil və mədəniyyət sahələrində əməkdaşlıq yüksək səviyyədədir. Dövlət başçısı İlham Əliyev Qarabağ bölgəsində yenidənqurma işlərində macar şirkətlərini görmək istəyini də ifadə etdi.

Ümumilikdə səfər göstərdi ki, iqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf mərhələsinə qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Macarıstan ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Səfər ikitərəfli əlaqələrə öz müsbət təsirini göstərəcək, münasibətlərimizdə yeni səhifə açacaq.