YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzər rayonunda 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bayram tədbiri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının təşkilatçılığı ilə 4 saylı uşaq incəsənət mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bayram tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları - Soltan Məmmədov, Jalə Əhmədova, Rauf Əliyev, gənc partiya fəalı Sultan Teymurov çıxış edərək ölkədə aparılan uğurlu gənclər siyasəti ilə bağlı imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət proqramlarının gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanlar açmasındakı rolundan bəhs ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan gəncləri vətənə bağlılıq, sevgi nümayiş etdiriblər.

Sonra partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqəsi, rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, yüksək nailiyyətlər əldə etmiş gənclərə fəxri fərmanlar və hədiyyələr təqdim edilib.

Tədbir konsert proqramı ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv