YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı Lənkəran Şəhər İcra Hakimiyyəti ilə birlikdə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirib.

Əvvəlcə rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətininin müxtəlif dövrlərini əks etdirən foto-stendlərə, kitablara və rəsm sərgisinə baxış keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, Heydər Əliyev bütün Azərbaycan xalqının əbədiyaşar öndəri, dövlətimizin qurucusu və memarıdır. Müstəqil Azərbaycan dövləti Heydər Əliyevin şah əsəridir. O, müasir Azərbaycan tarixini yaradan dahi şəxsiyyət, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran əvəzolunmaz liderdir. Qeyd olunub ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə Azərbaycan gəncliyinin bütün sferalarda aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadıqlarını diqqətə çatdırıb.

Tədbirdə LDU nəzdində Sosial Aqrar texnoloji kollecin tələbəsi Ləman Quliyeva, partiya fəalları Nərgiz Həsənzadə, Allahverən Hüseynzadə, Orxan Dadaşzadə, Lənkəran tibb kollecinin TGT sədri Nəsirli Güllər çıxışlarında Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin gənclər siyasətindən və bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs ediblər.

Sonda partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri, partiya işində səmərəli fəaliyyətinə görə bir qrup gəncə fəxri fərman təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv