YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev Məktəbi” layihəsinin açılış mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının inzibati binasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev Məktəbi” layihəsinin açılış mərasimi olub.

YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev giriş nitqi ilə çıxış edərək layihənin məqsədi haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində iştirakçılara ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik irsi haqqında mühazirələr oxunaraq dahi şəxsiyyət haqqında ətraflı məlumatlar veriləcək.

Sonra YAP Neftçala rayon təşkilatının veteran üzvü, rayon təşkilatının sabiq sədri Oktay Kərimov “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir” mövzusunda iştirakçılara mühazirə söyləyib.

DİGƏR Xəbərlər Arxiv