YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsində əldə edilən zəfərdə Azərbaycan gənclərinin misilsiz xidmətləri olub

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi dövrdə, ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz işğalçılıq niyyəti güdən Ermənistan tərəfindən təcavüzlə qarşı-qarşıya qaldığı üçün gənclərimiz də ciddi çətinliklərlə üzləşmiş, cavanlarımızın bir çoxu Vətənin müdafiəsinə qalxmış, torpaqlarımızın qorunması üçün əllərindən gələni əsirgəməmişdilər. Belə ki, Vətən müharibəsində olduğu kimi, I Qarabağ müharibəsində də hərbi əməliyyatlar zamanı şəhid olanların əksəriyyəti gənclərimiz olub.

Müharibənin dayandırılması, daha doğrusu, 1994-cü ilin mayında cəbhədə atəşkəs elan edilməsi həmin vaxt nə qədər davam edəcəyi bəlli olmayan silahlı münaqişədə minlərlə qəhrəman övladlarımızın şəhid olmasının qarşısını aldı. Bu, sözsüz ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində mümkün oldu.

Belə ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin sayəsində cəbhədə əldə edilən uğurlar düşmən tərəfini atəşkəs sazişi imzalamağa məcbur etdi. Atəşkəsin əldə edilməsində əsas məqsədlər ölkənin iqtisadi inkişafına nail olmaq, ordu quruculuğunda mühüm addımlar atmaq idi. Qısa müddətdə bu sahədə genimiqyaslı və ciddi işlər görüldü.

Təbii ki, atəşkəs dövründə Ulu Öndər gəncləri də yaddan çıxarmadı. Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında rolunu artırmaq, gənclərin öz aralarında, habelə dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürüldü. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumu keçirildi.

Azərbaycan Gənclərinin I Forumunun ildönümü münasibətilə 1 fevral 1997-ci ildə gənclərin bir qrupunu qəbul edəndən sonra Ümumilli Lider Heydər Əliyev 2 fevral tarixinin Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında Sərəncam imzaladı. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Eyni zamanda Ulu Öndərin 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir.

Sözsüz ki, Ümummili Liderin layiqli davamçısı Prezident İlham Əliyevin gənclərə münasibəti də birmənalı şəkildə müsbət olub. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti ötən illər ərzində dövlə başçısı tərəfindən uğurla davam etdirilib, Azərbaycan gənclərinin forumlarıını keçirilməsi davam etdirilib. Onu da xatırladaq ki, 18 sentyabr 2001-ci il tarixli Fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. Həmçinin 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Qanunla respublikamızda gənclər siyasətinin məqsədləri, prinsipləri və mühüm istiqamətləri müəyyənləşdirilib. Dövlət başçısının 30 yanvar 2006-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yenidən Gənclər və İdman Nazirliyi təsis edilib.

Onu da xüsusi vurğulamaq olar ki, son illərdə Azərbaycanda gənclərin layiqli təhsil alması əsas prioritet istiqamət olmaqla yanaşı, ölkəmizdə idmanın inkişafına da böyük diqqət və qayğı göstərilir. Ümümiyyətlə, ölkədə uzun illərdir yürüdülən gənclər siyasəti müstəqil Azərbaycanın gələcəyinə töhfə verən, biliyinə güvənən, lazım gələndə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır olan vətənpərvər gənclər yetişdirməyə yönəldilib.

Təsadüfi deyil ki, Vətən müharibəsində əldə edilən Zəfərdə Azərbaycan gənclərinin misilsiz xidmətləri olub. Bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında dəfələrlə bəyan edib. Ona görə ki,  hələ Vətən müharibəsi başlamamış, 2020-ci ilin iyulunda Ermənistanla dövlət sərhədində baş verən toqquşmalar zamanı gənclərimiz ayağa qalxaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdilər. Daha sonra 44 günlük savaşda vətənpərvər gənclər qəhrəmanlıq və şücaət göstərərək xalqımıza qürur və sevinc bəxş etdilər. Həmin gənclərin misilsiz xidmətləri əbədi olaraq şanlı tariximizə yazılıb.

DİGƏR Xəbərlər Arxiv