YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

“Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Parkda konsert proqramı təşkil olunub

Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmiş və bununla bağlı zəngin və çoxşaxəli tədbirlərin, o cümlədən Heydər Əliyev irsinin öyrənilməsi və gənc nəslə aşılanması məqsədilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin  və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planı hazırlanarkən də sağlam gəncliyin inkişafı, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin irsinin və əbədiyaşar ideyalarının gənc nəslə aşılanması vəzifələri önə çəkilmiş, bu məqsədlə bir sıra idman növü üzrə yarışların, mədəni-kütləvi konsert proqramlarının təşkili nəzərdə tutulmuşdur.

Tədbirlər Planına uyğun olaraq fevralın 5-də yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğ olunması, sağlam və narkomaniyadan uzaq gəncliyin formalaşmasına töhfə verilməsi üçün Dənizkənarı Milli Parkda konsert proqramı keçirilmişdir. Konsert proqramında tanınmış gənc ifaçılar çıxış etmişlər.