YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Bu gün Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətləri var və  iki ölkənin həm ikitərəfli, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı diqqəti cəlb edir. Xüsusən Enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, Azərbaycandan Rumıniyaya təbii qaz nəqli və Rumıniyanın Qara dəniz sualtı elektrik və rəqəmsal qoşulma layihəsində iştirakı qarşılıqlı münasibətlərin inkişafı üçün yeni zəmin yaradır.

Hər bir sahədə olduğu kimi ticari-iqtisadi sahələrdə də ürəkaçan nəticələr mövcuddur. Təkcə keçən il Azərbaycanla Rumıniyanın ticarət dövriyyəsində 2,4 dəfə artım qeydə alınıb. Dövriyyənin daha da artırılması nəzərdə tutulub. Belə ki, ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.

Bu ilin Fevral ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Prezidenti Klaus Yohannisin Bakıda geniş tərkibdəki görüşü zamanı çıxış edən Prezident  İlham Əliyev qeyd edib ki, Rumıniya təbii qazın nəqli məsələsində bizə etibarlı tərəfdaşdır və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Cənab Prezident, həmçinin qeyd edib ki, bu əməkdaşlığın nəinki enerji, o cümlədən ticari iş birliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik.

Azərbaycan və Rumıniya  arasında olan yüksək səviyyədə görüşlər və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Çünki indiki mürəkkəb və həssas dövrdə Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Avropa İttifaqının rəsmiləri dəfələrlə qeyd ediblər ki, Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək. Bütün bunlar isə  Prezident İlham Əliyevin enerji təhlükəsizliyi sahəsində uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.