YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Qoşulmama Hərəkatı sədrinin BMT TŞ-nin daimi üzvü olması məsələsi yaxşı təklifdir

Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi fəal iş aparır. Konqo Azərbaycanın bu təşkilata sədrliyini məmnuniyyətlə dəstəkləyir.

Bu fikirləri Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Maduka etimadnaməsini Prezident İlham Əliyevə təqdim edərkən söyləyib.

Azərbaycanda qeyri-rezident əsasında akkreditasiya olunmuş səfir kimi ölkəmizə tez-tez səfər edəcəyini və əlaqələrimizin, o cümlədən iqtisadi-ticari münasibətlərimizin inkişafı üçün səylə çalışacağını bildirən diplomat Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT-də aparılacaq islahatlar çərçivəsində rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması məsələsinin çox maraqlı və yaxşı təklif olduğunu qeyd edib.