YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Laçın rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 39 və 50 saylı ərazi partiya təşkilatlarında hesabat yığıncağı keçirilib.

Görüşdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, ərazi partiya təşkilatlarının fəalları iştirak edib.

Ərazi partiya təşkilatlarının sədrləri 2022-ci ildə görülmüş işlər haqqında hesabat xarakterli məruzə ilə çıxış edib və hesabat məruzəsi ətrafında müzakirələr aparılıb. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gələrək, qısa müddətdə bütün təhlükələri dəf edərək ölkəni inkişaf yoluna çıxarıb: “Ulu öndərmizin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin rəhbərliyi ilə respublikamız dinamik inkişaf yoluna qədəm qoyub, sosial-iqtisadi sahələrdə böyük uğurlar qazanıb, dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevrilib.” Qeyd edilib ki, 800 minə yaxın üzvü sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası VII Qurultaydan sonrakı dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni hədəflərə daha inamla irəliləyir.

Hesabat dinlənildikdən sonra, qənaətbəxş hesab edilib və ərazi partiya təşkilatlarının 2023-cü il üzrə Tədbirlər Planı partiya üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov ərazi partiya təşkilatlarına tapşırıq və tövsiyyələrini verib.

Sonda fəaliyyətinə görə fərqlənən bir qrup üzv fəxri fərmanlarla mükafatlandırılıb və partiyaya yeni qəbul olunmuş bir neçə üzvə üzvlük vəsiqələri təqdim edilib.