YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələr xalqlarımızın maraqlarına uyğun olaraq davam etdirilir

“Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri və səfər zamanı keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərində qarşılıqlı inam və etimaddan xəbər verir. Xüsusilə Rumıniya Prezidenti Klaus Yohannisin və dövlət başçımız İlham Əliyevin verdiyi birgə bəyanat əməkdaşlıq əlaqələrinin bu günkü inkişafı və gələcək perspektivlərinin sağlam təməllər üzərində qurulmasını göstərir. İnam, səmimiyyət dövlətlərarası münasibətlərdə olduqca mühüm şərtdir. Azərbaycanla Rumıniya ikitərəfli münasibətlərində bu inamı və güvəni qazana bilib. Məhz onun nəticəsidir ki, iki ölkə bir-birinə sadiq dostluq münasibətlərində maraqlıdır və bu istiqamətdə mühüm addımlar atılır”. Bu sözləri açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib. Onun sözlərinə görə Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Hətta strateji tərəfdaşlığımızı özündə əks etdirən iki mühüm sənəd imzalanıb. Eyni zamanda ticarət dövriyyəmizin şaxələndirilməsi üçün mühüm addımlar atılıb və əlavə addımlar atılacaq: “Azərbaycanla Rumıniya arasında ticari-iqtisadi əlaqələrimiz də digər bir sıra sahələrdə olduğumu kimi, uğurla davam etdirilir. Bu istiqamətdə davamlı və dayanıqlı əlaqələrin qurulması məqsədilə hökümətlərarası işçi qrupları intensiv fəaliyyət göstərir, qarşılıqlı görüşlər keçirilir, birgə fikir mübadiləsi aparılır. İnanırıq ki, aparılan danışıqlar dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun olaraq uğurla aparılan dostluq münasibətlərimizin daha da şaxələnməsinə, həmçinin yeni sahələr üzrə yeni əlaqələrin yaradılmasına səbəb olacaq. Ticari-iqtisadi əlaqələrimizdən danışarkən, öncə ölkəmizdən Rumıniyaya xam neftin ixrac edilməsini vurğulamaq lazımdır. Bu gün Azərbaycan dünyaya etibarlı tərəfdaş kimi qəbul edilir. Avropanın və xüsusilə dost Rumıniya dövlətinin enerji təhlükəsizliyində olduqca mühüm rol oynayır”.

Rayon təşkilatının sədrinin fikrincə, dövlət başçısı İlham Əliyevin də birgə bəyanat zamanı vurğualdı kimi, dövlətlərimiz arasında siyasi əlaqələrimiz də uğurla inkişaf edir. Qarşılıqlı maraq doğuran məsələlərlə bağlı inam və etimada söykənən ikitərəfli münasibətlərimizin dövlət başçılarının və xalqlarımızın yüksək iradəsi ilə bundan sonra da davam etdiriləcəyinə ümidvarıq. Azərbaycan dövləti və xalqı bütün dövlətlər və xalqlarla əməkdaşlıq mühitində əlaqələrini davam etdirmək əzmindədir. Bu istiqamətdə atılan real addımlar məqsədimizin nə qədər sağlam və səmimi olduğunu göstərir. Azərbaycan dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə dünyada öz layiqli yerini və rolunu artıq müəyyən edib, söz sahibi kimi bütün qlobal məsələlərlə bağlı öz haqq səsini ucaltmaq qüdrətindədir: “Cənab İlham Əliyev yalnız sözdə və imzalanan sənədlərlə deyil, sözü də imzası qədər qüvvətli siyasi lider, yüksək şəxsi nüfuza malik dövlət xadimi kimi dünyada tanınır və qəbul edilir. Qazandığımız uğurlarda və beynəlxalq etimadda cənab İlham Əliyevin şəxsi nüfuzu və müdrik siyasi addımları əsas faktordur”.