YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

71-ci gün...

Ekoaksiyanın 71-ci günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən maneəsiz keçirlər.

Xankəndidən gələn sülhməramlılara məxsus iki minik avtomobili Laçına doğru hərəkət edib.

Həmişə olduğu kimi, sülhməramlıların nəqliyyat vasitələrinin heç bir maneə olmadan ərazidən sərbəst keçmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.

Xatırladaq ki, dünən aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətə Rusiya sülhməramlılarına məxsus ümumilikdə 55 avtomobil maneəsiz hərəkət edib.