YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tbilisi formatı”nda sülh platforması...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də yerli televiziya kanallarına müsahibəsi Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Gaxa.ge, interpressnews.ge, “24news.ge”, “dalgatv.ge”, “newsday.ge”, “aktual.ge” informasiya portalları, 1tv.ge, rustavi.2 televiziya kanalları Azərbaycan Prezidentinin çıxışından materiallar yayıblar.

Azərbaycan, rus və gürcü dillərində AZƏRTAC-a istinadla yayılan xəbərlərdə dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda keçirilən plenar iclasındakı çıxışından, eləcə də Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı gözləntilər, Cənubi Qafqazın üç dövləti arasında “Tbilisi formatı”nda sülh platformasının yaradılması və digər məsələlər barədə fikirləri əksini tapıb.