YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Beyləqan rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilib

Fevralın 20-də Beyləqan rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Beyləqan rayon təşkilatının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş  yubiley tədbiri keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Ümummilli Liderin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. Bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstək dayanır.

Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, şəhər 1 saylı Ərazi Partiya Təşkilatınım sədri Mehman Əliyev, Mərkəzi Rayon Xəstəxanası Ərazi Partiya Təşkilatınım sədri Bayram Muradov, veteran üzvlər Həsən Mustafayev və Şakir Abbasov partiyanın keçdiyi şərəfli yoldan danışıblar. Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlərin ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə tarixi uğurlar əldə edən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Təşəkkürnamə, partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri, bir qrup partiya veteranına isə fəxri fərmanlar təqdim edilib.