YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Təftiş Komissiyasının iclası keçirilib

Martın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.

YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclasın gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə məlumat verib.

İclasda 2023-cü ilin birinci yarımilliyi üzrə partiyanın yerli təşkilat aparatlarında təftişin aparılmasına dair Təftiş Cədvəli və digər cari məsələlər müzakirə olunub.

YAP Təftiş Komissiyasının üzvləri – Nizami Səfərov, Həsən Həsənov, Musa Musayev, Cavanşir Paşazadə, Aydın Hüseynov, Naqif Həmzəyev, Məlahət İbrahimqızı və Elman Nəsirov gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.