Xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
![](http://www.yap.org.az/thumb.php?src=http://www.yap.org.az/upload/images/7b665805f6766b78220f2957286e5438.jpg&w=360)
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında Ramazan ayı ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir: “Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!”.