YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan QHT-lərinin beynəlxalq koalisiyalara inteqrasiya prosesinin gücləndirilməsi” layihəsi həyata keçirilir

Azərbaycan Tələbələr Birliyi (ATB) bu ilin mart ayından iyun ayına qədər davam edən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan QHT-lərinin beynəlxalq koalisiyalara inteqrasiya prosesinin gücləndirilməsi” layihəsini həyata keçirir.

Layihə çərçivəsində növbəti praktik seminar mayın 23-də “Park İNN” mehmanxanasında keçirilmişdir.

Tədbirdə çıxış edən Birliyin sədri Elvin Aslanov layihə çərçivəsində görülən işlərdən danışmışdır.

Bildirilmişdir ki, layihənin məqsədi Azərbaycanda fəaliyyət göstərən QHT-lərin beynəlxalq QHT koalisiyaları ilə əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində bilik və bacarıqlarının artırılmasına dəstək verilməsidir.

Sonra seminar iştirakçıları üçün keçirilən təqdimatda gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulması, xarici tərəfdaşlarla iş prinsipləri izah olunmuşdur. Həmçinin Avropa Komissiyasının Erasmus+ proqramı vasitəsilə xarici ölkələrdən olan QHT-lərlə əməkdaşlıq qurulması və bu sahədə layihələrin həyata keçirilməsi prosesi diqqətə çatdırılmışdır.