YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İnkişafa böyük töhfə...

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Laçın Azərbaycanın ən böyük rayonlarından biri olmaqla yanaşı gözəl təbiətə,  münbit torpaqlara malik füsunkar bir diyardır. Laçın rayonunu "qartallar diyarı" adlandırırdılar. Rayonun flora və faunası çox zəngin idi. İşğal dövründə ermənilər Laçın rayonunu tamamilə dağıtmış, meşələrini qırıb talamışdılar.

Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu Laçın rayonunun bir hissəsini işğaldan azad etdi, böyük bir hissəsi isə ölkə başçımızın siyasi iradəsi nəticəsində Azərbaycan dövlətinin nəzarətinə keçdi.

Artıq Laçın rayonunda böyük abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.  Prezident İlham Əliyev cari ilin 28 mart tarixində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonuna təyin olunmuş xüsusi nümayəndəsinin qəbulu zamanı 1992-ci ildə Laçın rayonunun işğal səbəbindən, işğaldan azad edilmiş Laçın rayonunda aparılan böyük quruculuq işlərindən, eləcə də Avropa Parlamentində anti-Azərbaycan qruplaşmasının, xüsusən Fransadan olan deputatların təşəbbüsü ilə Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul edilməsi barədə fikirlər söylədi.

Laçın AXC - Müsavat cütlüyünün hakimiyyət uğrunda apardığı çirkin oyunlarının qurbanı olmuşdur. Qarabağda qanlı döyüşlərin getdiyi vaxtda AXC-Müsavat cütlüyünə daxil olan şəxslər xəyanatkarlığa yol verərək, hərbiçiləri Bakıya gətirərək silah gücünə, zorla hakimiyyəti ələ keçirməyə çalışırdılar. Nəticədə Laçın demək olar ki, müdafiəsiz qalmışdı. Laçın işğal olunandan 1 ay sonra AXC-Müsavat cütlüyü qanunsuz yolla hakimiyyəti ələ keçirdi. Laçın rayonundan sonra Kəlbəcərin də işğal edilməsi ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətilə Ermənistanın coğrafi bağlantısı yaranmış oldu və bununla da I Qarabağ müharibəsində məğlubiyyətimizin əsası qoyuldu.

İşğal dövründə olduğu kimi,  bu gün də Fransa Ermənistanın işğalçılıq siyasətini dəstəkləməkdə davam edir. Torpaqlarımızın işğalı dövründə ATƏT in Minsk qrupunun əsas məqsədi danışıqlar prosesini uzatmağa xidmət etməklə bir növ Fransanın mövqeyindən çıxış edirdi. Azərbaycan dövləti torpaqlarını işğaldan azad etdikdən sonra Fransa ermənipərəst mövqeyini açıq şəkildə büruzə verməyə başladı. Bu gün Azərbaycan, Ermənistan və havadarlarının bütün təxribatlarını layiqincə cavablandırır.

Artıq Laçın şəhəri və kəndlərində böyük infrastruktur layihələri həyata keçirilir.  Yaşayış evlərinin, məktəblərin, xəstəxanaların tikintisi davam etdirilir. Heydər Əliyev Fondunun vəsaiti hesabına Laçında çox gözəl məscid inşa ediləcək. Laçında istifadəyə veriləcək Hava Limanı rayonun inkişafına böyük töhfə verəcək. Çox yaxın zamanda Laçının Zabux kəndinə 1000 dən çox, Sus kəndinə isə 300 dən çox sakin öz yurd yerlərinə köçürüləcək. Ümumiyyətlə, bu il və gələn il Laçın rayonuna 10 mindən çox sakin köçürüləcək. Çox yaxın zamanda Laçın tək Azərbaycanın deyil, regionun ən inkişaf etmiş bölgəsinə çevriləcək.

DİGƏR Xəbərlər Arxiv