Gündəm
Prezident İlham Əliyev: Müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir
![](http://www.yap.org.az/thumb.php?src=http://www.yap.org.az/upload/images/c7f45a32dfddb2c6305ba8823a6480b1.jpg&w=360)
Ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir.
Bu fikri Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında söyləyib.
“Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. O cümlədən Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar”, - deyə dövlətimizin başçısı bildirib.