YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı faydalı münasibətlər yüksək səviyyədə…

Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun Ulu Öndər Heydər Əliyevin həyat və faəliyyəti ilə bağlı qələmə aldığı məqalə İsrail mətbuatında yayımlanıb. İsrailin “Thej.ca” informasiya agentliyində yayımlanan “Heydər Əliyev və Azərbaycan-İsrail münasibətləri” sərlövhəli məqalədə Ümummilli Liderin İsrail-Azərbaycan münasibətlərinin inkişafındakı rolundan söz açılır. 

İsrail Azərbaycanın ən önəmli tərəfdaşlarından biri olduğu vurğulanan məqalədə İsraildə səfirliyin açılmasından sonra iki ölkə arasındakı münasibələrin daha da inkişaf edəcəyi qeyd edilir. 

Vurğulanır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində iki ölkə arasında qarşılıqlı faydalı münasibətlər yüksək səviyyəyə çatıb. 

Yazıda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müxtəlif dövlətlərlə yanaşı İsraillə əlaqələrin inkişafına da xüsusi diqqət yetirdiyi, İsrail mətbuatının Mehriban xanım Əliyevanın fəaliyyətinə diqqətlə yanaşdığı qeyd olunur.

DİGƏR Xəbərlər Arxiv