YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qətiyyətli mövqe

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri

Azərbaycanda  2004-cü ildən başlayaraq ardıcıl olaraq Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları  həyata keçirilir. Bu  proqramlar nəticəsində bütün bölgələrimiz inkişaf edir, müasirləşir, infrastrukturu yenilənir, yeni müəssisə və obyektlər tikilərək  istifadəyə verilir.

Prezident İlham Əliyev Dövlət Proqramlarının icra vəziyyəti ilə tanış olmaq üçün  müntəzəm olaraq  Azərbaycanın   regionlarında ənənəvi  səfərlərdə olur, görülən işlərlə, inkişaf prosesləri ilə yerində şəxsən tanış olur, tövsiyə və tapşırıqlarını verir. Ölkə Başçımız tərəfindən həyata keçirilən siyasətin əsas məqsədi nəinki paytaxtımızda, eləcə də bütün bölgələrdə yaşayan insanların sosial rifah halının yaxşılaşdırılmasıdır.

Ölkə başçısı İlham Əliyev aprelin 18-də Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibəsində sualları cavablandırarkən bir sıra mühüm və vacib məsələlərə  toxundu.  İşğaldan azad olunan ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda da genişmiqyaslı və sürətli bərpa-yenidənqurma işləri həyata keçirilməsi nəticəsində həmin ərazilərdə artıq böyük dirçəliş dövrünün başlandığını və bu işlərin də plan üzrə getdiyini  söylədi.

Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verildiyini qeyd edən Prezidentimiz demişdir: ”Onu bildirməliyəm ki, infrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir.Mən bir müddət bundan əvvəl demişdim ki, biz keçmiş köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bax, bu gün tam əminliklə deyə bilərəm ki, biz yay aylarında artıq buna nail olacağıq. Yəni, biz bu işi vaxtından tez görürük və əgər birinci mərhələdə Laçın şəhərində 400-dən bir qədər çox evin inşasını nəzərdə tuturduqsa, son məlumata, son planlarımıza görə, ancaq fərdi evlərin sayı 570 olacaq. Eyni zamanda, 140-dan çox mənzil hazır olacaqdır. Yəni, beləliklə, 700-dən çox ailəni biz bu ilin yay aylarında Laçın şəhərində yerləşdirəcəyik. Eyni zamanda, qanunsuz olaraq məskunlaşma siyasəti aparılan Zabux və Sus kəndlərində işlər gedir. O kəndlərə də biz ilin sonuna qədər keçmiş köçkünləri qaytaracağıq.”

Prezidentimiz bununla paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksinin uğurla inşa edildiyini, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşasını, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə hazırlıq işləri görüldüyünü diqqətə çatdırdı. Ermənistanla sülh danışıqları ilə bağlı sualı cavablandırarkən cənab Prezident bəyan etdi ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz, Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir. Azərbaycan bəri başdan bəyan etmişdir ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında danışıqlar mümkündür və sülh müqaviləsi bu prinsiplər əsasında imzalana bilər. Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın.

Əminik ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində  Azərbaycan tezliklə öz haqlı istəyinə nail olacaq və işğaldan azad edilmiş bütün ərazilərimizdə həyat öz axarına düşəcəkdir. Mövcud reallıqlar bunları söyləməyə əsas verir.

DİGƏR Xəbərlər Arxiv