YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

28 May - Respublika Günü münasibətilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tədbir keçirmişdir

Londonda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Respublika Günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları, bu ölkədə fəaliyyət göstərən Azərbaycan təşkilatlarının təmsilçiləri, Britaniyanın hökumət, dövlət və ictimaiyyət nümayəndələri, burada yaşayan həmvətənlərimiz və müxtəlif universitetlərdən tələbələr iştirak etmişlər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov tarixə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranma şəraitindən, 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən söz açmışdır.

Böyük Britaniya Xarici İşlər Nazirliyinin idarə rəisi Gareth Bayley Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etmişdir. Ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnun olduğunu diqqətə çatdıran XİN rəsmisi, Birləşmiş Krallığın Azərbaycana yatırılan xarici investisiyada lider mövqe tutmasının sevindirici hal olduğunu vurğulamışdır.

Tədbir çərçivəsində qonaqlara ölkəmizin milli mədəniyyətindən, turizm imkanlarından bəhs edən kitab və bukletlər hədiyyə edilmişdir.

Sonda Respublika Günü münasibətilə ziyafət təşkil edilmişdir.

 

DİGƏR Xəbərlər Arxiv