YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xeyirxahlıq və nur rəmzi

Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının, Qubadlı Rayon İcra Hakimiyyətinin və Qubadlı Rayon Mərkəzi Xəstəxana Publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinə həsr olunmuş “Zərifə Əliyeva - Vətənə məhəbbət, insanlara xeyirxahlıq və nur rəmzi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü və Zərifə xanım Əliyevanın guşəsi önünə gül dəstələri düzülüb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Qubadlı Rayon Mərkəzi Xəstəxana Publik hüquqi şəxsin direktoru Yaşar Həsənov və digərləri çıxışlarında bildiriblər ki, tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Qeyd olunub ki, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir: “Zərifə xanım Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Öz peşəsini sevərək yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib”.